AZ

Dəhşət: Ata övladlarını bıçaqladıqdan sonra intihar etdi

Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti yetirib.Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb.Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb.Həkimlər onu cərrahi əməliyyat ediblər. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.Faktla bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparırlar.

Seçilən
150
49
patriot.az

10Mənbələr