AZ

Britaniya nəşri: Qəzza zolağında HƏMAS-ın siyasəti ucbatından çoxlu uşaq ölüb...

Qəzza zolağında çoxlu sayda uşağın ölümünə səbəb İsrail silahlı qüvvələrinin hazırda genişmiqyaslı müharibə apardığı Fələstinin radikal HƏMAS hərəkatının siyasətidir...Poliqon xəbər verir ki, bu barədə Britaniyanın The Economist nəşrinin məqaləsində bildirilir. Nəşrin məlumatına görə, hərbi münaqişə zonasında minlərlə uşağın ölümü HƏMAS-ın Qəzza zolağının əhalisi arasında “doğum nisbətini nəzarətsiz şəkildə stimullaşdırmaq” hərəkətlərinin nəticəsi olub.The Economist-in analitiklərinin fikrincə, məhz buna görədir ki, hərbi əməliyyatlar nəticəsində uşaq ölümlərinin sayı bu qədər geniş yayılıb.Britaniyalı jurnalistlər materialda “Qəzza zolağında çoxlu sayda uşaq ölümləri, digər şeylərlə yanaşı, onun xüsusilə gənc demoqrafik göstəricilərini əks etdirir”, deyə yazıblar. Məqalənin müəlliflərinin fikrincə, oktyabrın 7-dən oktyabrın 24-dək Fələstin anklavında 2,9 min uşaq öldürülüb ki, bu da Qəzza zolağının ölən sakinlərinin ümumi sayının 40%-ni təşkil edir. Nəşrin müsahibə verdiyi ekspertlər hesab edirlər ki, bu “uşaq ölümünün görünməmiş yüksək səviyyəsi” regionun “demoqrafik xüsusiyyətləri” və HƏMAS-ın siyasəti ilə izah olunur.Poliqon.info

Seçilən
684
45
poliqon.az

10Mənbələr