Lionel Messi Argentina millisinin Amerika Kubokunun qalibi olması münasibətilə komanda yoldaşlarına hədiyyələr verib.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçulara Argentina millisinin formasının və bayrağının rənglərinə uyğun hazırlanmış qulaqlıqlar hədiyyə edib.
Qeyd edək ki, ABŞ-də təşkil olunan Amerika Kubokunun finalında Argentina yığması Kolumbiyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. L.Messi hazırda formasını geyindiyi ABŞ-nin “İnter Mayami” klubunda da futbolçulara qulaqlıqlar hədiyyə etmişdi.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta