
"İyunun 2-də Kür çayının Tovuz rayonunun Hunanlar kəndi ərazisindən keçən hissəsində avtomobildə çaya düşərək batdıqları ehtimal olunan digər 2 nəfərin - 1988-ci il təvəllüdlü Elxan Sakit oğlu Sadıqov və 1989-cu il təvəllüdlü Tural Hüseyn oğlu Quliyevin axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir".Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir."Hazırda axtarışlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri, həmçinin SOCAR-ın Geofizika və geologiya idarəsinin xüsusi texniki vasitələri cəlb olunub", - deyə qeyd edilib.
Diqqət Çəkənlər
Lerikdə qəzada, xəstəxanada ölən şəxslə bağlı TƏBİB açıqlama verib
Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub
İyulun 15-nin hava PROQNOZU