Bakı. Trend:
Ziraat Bank Azərbaycan Özünüməşğulluq proqramı çərçivəsindəaztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi üçünvətəndaşlara dəstək olmağa davam edir. Bu dəfə bank proqramçərçivəsində müharibə iştirakçılarını və müharibə iştirakçısınınailə üzvünü lazımi avadanlıqlarla təmin edərək öz şəxsibizneslərini qurmağa yardımçı olub.
Qeyd edək ki, Bakı şəhəri sakini, müharibə iştirakçısı O.İsmayılov telefon təmiri, Xətai rayonu sakini, müharibə iştirakçısıS.İskəndərov kiçik fotoatelye, Göranboy rayonu sakini, müharibəiştirakçısının ailə üzvü F.Qəhrəmanov isə avtoçilingəravadanlıqları ilə təmin olunaraq öz ailələrini maddi cəhətdən təminetmək üçün imkan əldə ediblər.
Özünüməşğulluq proqramı “Ziraat Bank Azərbaycan” ASC, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan RespublikasıMərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyiarasında imzalanmış memorandumun icrası çərçivəsində həyatakeçirilir. Proqramın əsas məqsədi aztəminatlı şəxslərin kiçik ailəbizneslərini qurmalarına və ya mövcud bizneslərini inkişafetdirmələrinə dəstək olmaqdır.
Qeyd edək ki, bu günədək Ziraat Bank Azərbaycan Bakı, Sumqayıt,Salyan, Mingəçevir, Ağdam, Qaradağ və s. bölgələrimizdə yaşayan birçox vətəndaşımıza öz şəxsi bizneslərinin qurulmasında öz töhfəsiniverərək dəstək olmuşdur.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkibhissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindənverilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasındafəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıqsahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıtşəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış vəxidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflıməlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin,Youtubesosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.