AZ

Qış hücumuna hazırlıq - İran PUA-larından sonra bu silaha əl atdılar

Rusiya Ukraynaya qarşı təkcə İranın “Şahid” pilotsuz təyyarələrindən yox, həm də bunların öz istehsalı olan daha ucuz analoqlarından istifadə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumatda deyilir ki, ruslar Kiyev vilayətinə hücum zamanı uzaqmənzilli “İtalmas” PUA-larından yararlanıblar.

Bu PUA-lar “Şahid”lərdən xeyli yüngüldür, aşkarlanıb vurulması daha çətindir. Bundan əlavə, daha az partlayıcı daşısalar da, istehsalı daha ucuzdur. Bu baxımdan, ayrı-ayrılıqda istifadə olunduqda daha az faydalıdır. ISW ekspertlərinin fikrincə, “İtalmas”lar “Şahid”lərlə birlikdə istifadə edilir.

“Böyük ehtimalla, Rusiya payız-qış mövsümündən əvvəl Ukraynanın kritik infrastrukturuna zərbələr endirmək üçün pilotsuz təyyarələr, raketlər və idarəolunan bombalardan ibarət arsenalını genişləndirməyə və diversifikasiya etməyə çalışır”, - məlumatda deyilir.

ISW qeyd edir ki, “İtalmas”ların istifadəsi bu planın tərkib hissəsidir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
543
41
teleqraf.com

10Mənbələr