Stoltenberq Putinin sülh təklifinə cavab verib
NATO-nun baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı təklifini sülhməramlı hesab etmədiyini bildirib. Onun sözlərinə görə, Putinin təklifi o deməkdir ki, “Rusiyanın Ukraynanın daha da çox ərazisini işğal etmək hüququ var”.“Bu təklif xoş niyyət deyil, Rusiyanın hərbi məqsədlərinə çatmaq istəyindən xəbər verir”, o deyib.“Yəni, bu, sülh təklifi deyil, daha böyük işğalı nəzərdə tutan bir təklifdir”, - Stoltenberq bildirib.NATO-nun baş katibi həmçinin qeyd edib ki, alyans ölkələri Ukraynanı dəstəkləməyə davam edəcək.Mənbə: RİA Novosti
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta