AZ

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir

"Azərbaycan Dəmir Yolları" bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir. 

Belə ki, Noyabrın 8, 9, 10, 11, 12-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək. 

Noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilir.

Əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunur.

Səfərlərinizin bir toxunuş qədər rahat olması üçün “ADY Mobile”dan istifadə edin: https://bit.ly/3Fn5RcO

Bakı-Qəbələ-Bakı
Seçilən
283
49
marja.az

10Mənbələr