İndoneziyada piton qadını udub. Bu barədə “Detik” portalı məlumat yayıb.Qeyd olunub ki, hadisə Cənubi Sulavesi əyalətindəki kəndlərdən birində baş verib. Belə ki, 45 yaşlı Fəridə adlı qadın iyunun 6-da yoxa çıxıb. Axtarışlar zamanı kəndlilər qadının itkin düşdüyü yerin yaxınlığında qarnı şiş vəziyyətdə olan 5 metrlik pitona rast gəliblər. İlanı öldürən kənd sakinləri onun qarnından qadının cansız bədənini çıxarıblar. İndoneziyada pitonun insanı udması ilk dəfə deyil. Oxşar hadisə 2022-ci ildə də qeydə alınıb. Piyon ilanın qurbanı plantasiyada işləyən 54 yaşlı qadın olub./Report
Paylaş:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta