AZ

DİN-dən bank kartı olanlara XƏBƏRDARLIQ - Diqqətli olun!

“Ayrı-ayrı vətəndaşların bank kartı məlumatlarını aldadıb almaqla, 23 fakt üzrə polisə müraciət daxil olub”.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib. 

E.Hacıyev qeyd edib ki, məbləğlər – 11 000, 230, 1 300, 500, 300, 23, 480, 385, 1 050, 907, 917, 5 400, 50, 310, 42, 17, 280, 1 042, 364, 1 050, 2 500, 544, 367 manat olub: 

“Kartda olan məbləğin azlığına-çoxluğuna baxılmır. Nə qədər varsa oğurlanır. Əgər kartınızda pul yoxdursa, naməlum şəxs sizə geri zəng edib başqa kart məlumatları istəyəcək. Diqqətli olun”.

Bizim.Media

Seçilən
333
39
bizim.media

10Mənbələr