Paytaxtda tozlu hava şəraiti davam edir.
Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova deyib ki, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur.
O, fikirlərini bu cür davam etdirib:
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. Sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”.
Xatırladaq ki, dünən saat 22:00 radələrində havada tozun miqdarı normadan 3-3.5 dəfə yüksək olub.