Bakı. Trend:
Bu gün Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrəAvropa çempionatı start götürüb.
Trend xəbər verir ki, yarışın ilk günündə gənclər mübarizəyəqoşulublar.
Gənclərin fərdi mübarizəsinə Gövhər İbrahimova, ŞəmsAğahüseynova, İlahə Bahadirova və Fidan Qurbanlı uğulu çıxışedərək, final mərhələsinə yüksəliblər. İlahə (29,850) toplaçıxışında təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Şəms(29,000) lentlə 4-cü, Gövhər (30,050) halqa ilə 6-cı olub. Fidan(28,500) gürzə çıxışını 7-ci pillədə başa vuraraq, finalmərhələsinə vəsiqə qazanıb.
Yekunda Azərbaycan yığması 117,400 xal toplayaraq, Avropaçempionatının bürünc medalını qazanıb. Rumıniya (125,100) qızıl,İsrail (123,750) gümüşə yiyələnib.
Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.