AZ

“İlham Əliyev parlaq Zəfərlə milyonlarla azərbaycanlını 20 faizlik natamamlıqdan xilas etdi”

Azərbaycan düyada azsaylı ölkələrdəndir ki, nəinki geosiyasi böhranın təsirlərinə məruz qalıb. Əksinə böhranı öz lehinə çevirərək əsas problemini həll edib. 44 günlük Vətən Müharibəsi ilə 30 il işğalda qalan tarixi torpaqlarımız düşmən tapdağından azad edilib. Son antiterror tədbirlərindən sonra isə Azərbaycan Xankəndi və ətraf rayonlarımızı da separatçılardan təmizlədi və bununla bölgədə 200 illik erməni separatizminin kökü qazıldı. Oktyabrın 15-də Xankəndidə bayrağmızın Prezident İlham Əliyev tərəfindən ucaldılması Prezident İlham Əliyevin prezidentlik dönəminin 20 illiyinə təsadüf etməsi xüsusi anlam daşıyır.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, millət vəkili Zahid oruc bildirib ki, 15 oktyabrda hakimiyyət birinciliyinə gələn İlham Əliyevin mədəniyyətdən idmana, sivilizasiyalararası dialoqdan humanitar forumlara qədər bütün tədbir və görüşlərinin, qərar və sərəncamlarının tək bir məqsədi vardı-torpaq bütünlüyü və suverenliyin təminatı: “Son 300 ildə xalqımıza bəlalar gətirən yad ideologiyalar, baxışlar, dövlətlərarası sövdələşmələr, informasiya müharibələri və qlobal siyasi kampaniyalar onun müqavimət gücü ilə sonda iflasa uğradı. 87-ci ilin Humanite jurnalı, Abel Aqanbekyan, Mixail Qorbaçov və sovet elitası, 20 yanvarı alqışlayan Amerika və Fransa rəhbərləri, Qərb mediası, son 30 ildə əleyhimizə yer alan 100-lərlə qüvvə də indi məğlublar sırasındadır. Lakin qələbəmizin tərəfdarları daha çoxdur.
Tarixi düzgün oxumaq, bir çox şərqli rəhbərlər kimi keçmişə hissi-emosional deyil, rasional yanaşmaq-Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan, Bağırovdan, Elçibəydən Ulu öndər Heydər Əliyevə qədər müxtəlif formasiya və ideologiyalarda xalqımıza rəhbərlik edən şəxslərin yarımçıq qalan ideallarını gerçəkləşdirən İlham Əliyev əsrlərin lideri oldu. Bəli, 45 günlük müharibədə qazanılan Zəfər, Zamanı və yaşadığımız yüz ili aşdığına görə dövlət başçısının statusu normativ prezident və Ali Baş Komandan titulundan daha üstündür. İlham Əliyev 45 günlük müharibədə qazanılan parlaq Zəfərlə milyonlarla azərbaycanlını 20 faizlik natamamlıqdan xilas etdi, bütöv vətəndaşla yeni-4-cü Respublikanı qurdu. Cümhuriyyət, sovet dövrü, müstəqilliyin ilk illərindən ta 2020-ci ilə qədər ölkənin və xalqın siyasi təcümeyi-halı son 3 ilin dövləti ilə eyni deyil və biz fərqli milli kimliyə, yeni Respublikaya qovuşmuşuq. 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü” 4-cü Respublikanın təvəllüd tarixidir. İndi fərqli siyasi təqvim-sülh erası başlayır. Əslərdir axan qan və göz yaşları nəhayət, durur və yeni ədalətli dünya nizamının əsası Qafqazda qoyulur.
Rusiya-Ukranya savaşına, yaxud böyük siyasi qəzaya çevrilən Qəzzadakı qanlı toqquşmalara son qoyulması üçün adil vasitəçiliyi haqq edən də İlham Əliyevdir. Yaxın Şərqdə savaşın şiddət və amansızlığı qələbəmizin əzəmətini, Azərbaycanın müharibəni ləyaqətlə apardığını və yeni hərbi qanunlar yazanlar üçün əsil Bakı Konvensiyasını dünyaya nümayiş etdirir...”.
STM rəhbəri əlavə edib ki, İlham Əliyevin liderliyi təkcə ötən 20 ilin deyil, daha çox gələcəyin-2044-cü ilin Azərbaycanının aydın üfüqlərini yaradır: “Nəinki ölkəmizin, eləcə də bölgəmizin sabahı İlham Əliyevin gələcək 20 illik kursundan asılıdır. Qələbəmizdən sonra yaranacaq yeni birliklərdə Azərbaycan əsas söz sahibidir. Bakı, Tiflis və İrəvan arasında tarixi bağlar bərpa olunduqca, 200 il sonra ermənilər və bütün region xalqlarını iqtisadi rifaha qovuşduran arteriyalar açıldıqca, 200 km qısalan qədim yollar dirçəldikcə, dünya erməniçiliyi Azərbaycanla birgə sülhün və rifahın inşasına qoşulacaqlar. Qafqazın Marşal planı Qarabağda və dünyada sülh şüarı ilə barışın coğrafiyasını genişləndirəcək, ermənilər mifik tarixdən, Sprük və Miatsumdan qurtularaq Ermənistanı da xilas edəcəklər!
Heydər Əliyevin yubileyində qazandığımız Qurtuluş və Xilaskarlıq Türkiyə Cümhuriyyətinin 100 ili ilə eyni siyasi mənanı daşıyır və “Azərbaycanın möhtəşəm 100 ili” adlana bilər. Əslərdir bölgəmizə fəlakət gətirən “parçala və hökmr sür” siyasəti Əliyevin “birləşdir və firavan et” kursu ilə əvəz olunur. Bəli, qalib dövlətin ordusu qədər, sülh siyasəti də güclü olmalıdır. Qafqaz xalqlarında nəsildən-nəslə ötürülən düşmənçilik mirasını durdurmaq da hərbi Zəfər qədər əhəmiyyətlidir.
Ötən əsrin 30-cu illərində Böyük depressiyadan sonra “Amerika arzuları” formalaşdı. Qonşu gürcülər də eyni adı seçdilər. 1987-ci ildə nifaq və düşmənçilik Ocağı yazan, onu yandıranları məğlub edəndən sonra Azərbaycan arzuları tam gerçəkliyə çevrildi: Savaşı harada başlanıbsa, orada-Topxanada bitirən millətimizin arzuları Barış və Sülh üçün Ocaq yandırmaqdır”.
Millət vəkili Sahib Alıyev isə qeyd edib ki, düz yüz il bundan əvvəl Azərbaycan Birinci Pyotr və İkinci Yekaterina ənənələrinə əməl edən bolşeviklərin yoluxdurduğu Dağlıq Qarabağ Muxtar Vilayəti adlı bir dərdlə üzləşəndə Heydər Əliyev dünyaya gəldi: “Və bu gün artıq tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin siyasəti, yolu, davamçısı məmləkətimizi o dərddən tam qurtardı.
İndi Müzəffər Ali Baş Komandanımız Xankəndində gerbimizin və öz əlləri ilə qaldırdığı Azərbaycan Bayrağının qarşısında böyük minnətdarlıqla ruhlarını şad etdiyi Ulu Öndərimizlə şəhidlərimizi andı. Bu bir lider və onun xalqı üçün xoşbəxtlikdir”.
Bəli, Azərbaycan artıq suverenliyini tam olaraq təmin edib. Azərbaycan dövləti getdikcə güclənir və dünyada öz layiqli yerini alır. Əldə etdiyimiz qələbə həm dövlət, həm də xalq olaraq nüfuzumuzun yükəslməsinə səbəb olub. Bu isə dövlət başçısının qətiyyətli, əzmkar siyasəti, Azərbaycan əsgərinin, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində əldə edilib. Bu tarixi anlar şübhəsiz ki, daha geniş şəkildə təbliğ olunmalıdır.
Əli
Yazı Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş hazırlığının təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Seçilən
222
11
xalqcebhesi.az

10Mənbələr