Braziliya millisinin üzvü Neymar növbəti qalmaqalla gündəmə gəlib.
Publika.az xəbər verir ki, 31 yaşlı hücumçu bu dəfə Braziliya Futbol Konfederasiyasının rəhbəri Ednaldo Rodrigeslə dalaşıb. Buna səbəb DÇ-2026-nın seçmə mərhələsində Venesuela ilə keçirilən oyundan sonra yaranmış gərginlik olub.
Braziliya mətbuatının iddiasına görə, azarkeşlərin və rəhbərliyin münasibətindən narazı qalan 31 yaşlı forvard Rodrigesə hücum çəkib, onu təhqir edib. Neymar prezidenti yığmanın oyunlarını boykot etməklə hədələyib.
Qeyd edək ki, Braziliya – Venesuela oyunu 1:1 hesabı ilə başa çatıb. Yerli fanatlar oyunun nəticəsindən narazı qalıb.