AZ

Mbappe PSJ-ni finala çıxardı

Mövsümdə 39-cu qolunu vuran Mbappe PSJ-yə “Renn” üzərində qələbə, həm də 2020/21 mövsümündən bəri ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazandırdı.

“Football-plus.az” xəbər verir ki, sakit keçən ilk 10 dəqiqədən sonra Kilian qapıya təhlükəli zərbə vurdu, ancaq Mandanda tirin də köməyi ilə qolu əngəllədi. 37-ci dəqiqədə Mbappe məhz özünə qarşı kobudluğa görə təyin olunan penalti zamanı Mandanda səddini keçə bilmədi. Bununla belə, cəmi üç dəqiqə sonra hesab açıldı. Kilian kubokun cari mövsümündə 8-ci qolunu vurdu. Qarşılıqlı hücumlar şəraitində keçən 2-i hissədə hesab dəyişmədi.

yarımfinal
PSJ – Renn 1:0
K.Mbappe, 40.
PSJ: Donnarumma, Hakimi, Markinyos (Pereyra, 75), L.Ernandes, Mendeş (Şkrinyar, 75), Li Kan İn (Kolo Muani, 84), Ruis, Vitinya, Zair-Emeri (Uqarte, 76), Dembele (Asensio, 76), K.Mbappe.
Aprelin 2-də keçirilən oyunun nəticəsi: Lion – Valensyenn (D-2) 3:0.

Şok iddia: Mbappe artıq müqavilə imzalayıb!
PSJ-nin futbolçusu Kilian Mbappe 2024-cü ilin fevral ayının ilk həftəsində "Real"la müqavilə imzalayıb. Bu haqda xəbər yayan "Marca"nın iddiasına görə, 25 yaşlı hücumçu Madrid təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb. Keçidin futbol üzrə Avropa çempionatının startından əvvəl rəsmən açıqlanacağı bildirilir. Düzdü, bu yöndə fərqli informasiya yayan qaynaqlar da var. Məsələn, “Football-Espana” iddia edir ki, Madrid klubu keçidlə bağlı ictimaiyyətə açıqlama vermək üçün vaxt seçimini Kilianın öhdəsinə buraxıb.

Xatırladaq ki, Mbappe bu mövsüm çıxdığı 39 matçda 39 qol vurub, 8 məhsuldar ötürmə verib. Məşhur "Transfermarkt" portalı forvardın transfer qiymətini 180 milyon avro dəyərləndirir.

Seçilən
337
13
football-plus.az

10Mənbələr