AZ

"Həyat yoldaşım bilsə, sizə sərvətimdən heç nə verməz" dedi -  Yaxşı aktyorluq etdi

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Mətin Akpınarın 36 il sonra nikahdankənar əkiz qızlarının olduğu ortaya çıxıb. Manset.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun Duyqu Nebioğlu Mətin Akpınarın bir müddət əvvəl dediyi "qızlarımdan xəbərim yox idi" sözlərini təkzib edib.Duyqu Nebioğlu bildirib ki, Mətin Akpınar anam bizə 4 aylıq hamilə olanda bilirdi.“İlk olaraq onun mühafizə xidməti ilə əlaqə saxladıq. "Biz Mətin bəyə deyə bilmərik" dedilər və beləcə, qapıdan geri döndərilmə mərhələsi başladı. Sonra mənə sadəcə 1 dəqiqə vaxt ayırdı. "TRT1"də proqram bitəndən sonra tanış olacağıq deyə, düşünürdüm. Mənimlə sadəcə şəkil çəkdirib getdi. Biz 14 yanvar qarlı bir gündə 1 saat onu gözlədik. Onda 21 yaşında idim. Onunla görüşməkdə israrlı idim. 14 il boyunca bizi beləcə yola verdi. 5 il sonra zəng vurub "Ya mənimlə görüşəcəksiniz, ya da hüquqi prosessləri başlatacağıq" dedik. Məcbur qalıb Antalyada görüşdü. 12 saat oturduq. Anamla necə tanış olduğunu danışdı. Mən ona "Akpınar" soyadını istəmədiyimi, buradan çıxan kimi yenidən "Nebioğlu" soyadı ilə həyatıma davam edəcəyimi dedim. Lakin o, söhbət əsnasında "Bunu həyat yoldaşım öyrənərsə, sizə sərvətimdən heç nə verməz" dedi. Həmin gün məni öpüb-qucaqladı, elə xoşuma gəldi ki... Bizə yaşatdıqları üçün üzr istədi. Yaşananları "Mənim xəbərim yox idi" deyə, ört-basdır edir, bir günlük macəra olduğunu deyir, amma bu qədər bəsit deyil. 14 il boyunca vəziyyəti yaxşı yola verdi, yaxşı aktyorluq idi”.Qeyd edək ki, Akpınar 1961-ci ildən Göksel Özdoğdu ilə evlidir. İllər sonra onun nikahdankənar Duyqu və Sevgi adlı qızlarının olduğu ortaya çıxıb.ƏfsanəManşet.az

 

Seçilən
455
2
manset.az

2Mənbələr