AZ

Ağ Ev ABŞ-nin Ukraynaya dair məqsədini açıqlayıb

ABŞ-nin uzunmüddətli məqsədi Ukraynanın müstəqilliyini qorumaq və təhlükəsizliyini təmin etməkdən ibarətdir.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermakla birgə mətbuat konfransında Kiyevdə səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Biz hesab edirik ki, Rusiya bu müharibədə artıq uğursuzluğa düçar olub. Lakin bu kifayət deyil. Sonda biz Ukraynanın Rusiya Silahlı Qüvvələrinin təhdid və hücumundan əziyyət çəkməyəcəyi bir vəziyyət görməliyik. Bu istiqamətdə çalışacağıq”, - deyə Ağ Ev rəsmisi vurğulayıb.

Seçilən
348
50
apa.az

10Mənbələr