2024-cü ildəki ilk oyununa martın 22-də çıxacaq Azərbaycan millisinin heyətindəki futbolçuların yığma göstəriciləri müəyyənləşib.
Gundem.az xəbər verir ki, millinin müvəqqəti baş məşqçisi Arif Əsədovun əsas siyahısında 24, ehtiyat oyunçular sırasında 4 futbolçu yer alıb.
Millinin ən təcrübəli üzvü Bədavi Hüseynovdur. O, 68-ci matçına çıxa bilər. Ramil Şeydayev isə yubiley – 60-cı oyun astanasındadır.
Beş futbolçu isə debüt anını gözləyir. Rza Cəfərov, Emil Mustafayev, həmçinin ehtiyat siyahıda yer alan Rövlan Muradov, Orxan Əliyev və Abdullazadə hələ yığmada şans qazanmayıb.
Hazırkı heyətin bombardiri Emin Mahmudovdur. Onun hesabında 13 qol var.
Yarımmüdafiəçi 1 qol vursa, milli tarixinin ən yaxşı bombardiri adına şərik çıxacaq. O, Qurban Qurbanovun rekorduna çatmaq imkanına malikdir.
Qeyd edək ki, millimiz martın 22-də Monqolustanla qarşılaşacaq.
futbolçular
oyun
qol
Bədavi Hüseynov
67
1
Ramil Şeydayev
59
10
Emin Mahmudov
45
13
Renat Dadaşov
28
3
Bəhlul Mustafazadə
27
0
Şahrudin Məhəmmədliyev
26
-33
Eddi İsrafilov
24
0
Səlahət Ağayev
21
-26
Aleksey İsayev
20
1
Coşqun Diniyev
20
0
Toral Bayramov
19
1
Elvin Cəfərquliyev
17
1
Rahil Məmmədov
16
0
Elvin Camalov
15
0
Filip Ozobiç
13
1
Musa Qurbanlı
10
1
Qismət Alıyev
8
0
Amin Seydiyev
7
0
Ozan Can Kökçü
6
0
Bəxtiyar Həsənalızadə
4
0
Vüsal İsgəndərli
3
0
Ceyhun Nuriyev
1
0
Emil Mustafayev
0
0
Rza Cəfərov
0
0
Orxan Əliyev*
0
0
Rüfət Abdullazadə*
0
0
Murad Xaçayev*
1
0
Rövlan Muradov*
0
0
* - ehtiyat siyahıda yer alan futbolçular.
(İdman.biz)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta