AZ

Xumardan yeni mahnı və klip

Əməkdar artist Xumar Qədimova yeni mahnısını və ona çəkdirdiyi klipi təqdim edib.

Publika.az xəbər verir ki, sənətkar Azər Bülbülün “Unutamam asla seni” adlı türk mahnısına yeni nəfəs verib.

Qədimova hər zamankı kimi mahnını yenə də fərqli və daha gözəl formada səsləndirib.

“Bu cür mahnılara zaman-zaman müraciət edirəm. Bu mahnını da çox sevirəm və nəhayət oxudum” deyə, Qədimova bildirib.

Qeyd edək ki, mahnının sözləri Engin Ülkərə, musiqisi İhsan Noyana məxsusdur.

Seçilən
486
4
publika.az

10Mənbələr