Bakı Sağlamlıq Mərkəzində “Qan ver, həyat bəxş et!” adlı könüllü qanvermə aksiyası keçirilib.
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, humanist aksiyada Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi, tibbi və inzibati heyəti ilə yanaşı könüllü vətəndaşlar da iştirak ediblər.
Mərkəzin tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanılan qan ehtiyatı xəstələrin qan ehtiyaclarının təmin olunmasına təmənnasız kömək etmək üçün istifadə olunacaqdır.
Qurumun icraçı direktoru dos. Asiman Həsənov həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu vurğulayıb. O, bu nəcib təşəbbüsə qoşulan könüllü donorlara minnətdarllığını bildirib və digər şəxsləri də qanvermə aksiyalarında fəal iştiraka səsləyib.