Medical Point Gaziantep Xəstəxanasından verilən açıqlamaya görə, sağlam qəlyanaltı sayılan qoz-fındığı həddindən artıq istehlak edildikdə sağlamlıq problemlərinə səbəb ola bilər. Vitamin və mineral mənbəyi kimi tanınan çərəzlərin həddindən artıq istehlakı sağlamlıq problemlərinə səbəb ola, insan orqanizmi üçün zərərli qidaya çevrilə bilər. Bizimyol.info xəbər verir ki, şərhdə fikirləri yer alan xəstəxananın mütəxəssisi doktor Hüseyin Taşkıran, qoz-fındıqların təzə, müxtəlif və az miqdarda istehlak edilməsinin lazım olduğunu, əks halda bir çox xəstəliyə səbəb ola biləcəyini ifadə etdi. Taşkıran, istehlak edilən qidaların bədən sistemlərinin işləməsi və sağlamlığı ilə yaxından əlaqəli olduğuna diqqət çəkib: "Çərəzlərə baxdığımızda onların mikro və makro elementlər baxımından çox zəngin tərkibi var. Fındıq sağlam qidadır və tərkibindəki mikroelementlər, fitonutrientlər, antioksidantlar, doymamış Omeqa 3 yağ turşuları, vitamin və minerallar sayəsində ciddi müsbət təsirlərə malikdir. Ancaq qoz-fındıqların tərkibində karbohidratlar və kalorilər də olduğundan, həddindən artıq istehlak edildikdə bəzi zərərlərlə qarşılaşa bilərik. Bu səbəblə hər gün bir ovuc qoz-fındıq qəbulunun tərkibindəki vitamin və minerallar baxımından bədənimizə bəzi müsbət təsirləri var", - deyə bildirib. Çərəzlərin həzm sisteminə müsbət təsir etdiyini, tərkibindəki "E" vitamini sayəsində dərinin gözəlləşməsinə xidmət etdiyini bildirən Taşkıran, onların beyin və nevrologiya baxımından da ciddi faydalarının olduğunu qeyd edib. Taşkıran çərəzlərin immunitet sistemi ilə bağlı bir çox problemə müsbət təsir etdiyini bildirib: "Eyni zamanda, çərəzlər dırnaqlarımızda və daxili orqanlarımızda yarana biləcək pozğunluqların qarşısını almaq xüsusiyyətinə malikdir. Fındıq xam və qovrulmuş halda istehlak edilir. Lakin istiliyə nə qədər çox məruz qalsa, müsbət təsirləri bir o qədər azalır. Ona görə də onu mümkün qədər çiy halda istehlak etmək daha faydalıdır. Mədəniz boş olanda qoz-fındıq istehlak etmək daha faydalıdır, çünki tox olanda onların təsiri azala bilər. Xüsusilə səhər yeməyimizdə çərəz istehlak etmək bədənimizə çox faydalı olacaq. Arıqlamaq istəyənlər və gündə iki dəfə yemək yeməyə çalışanlar səhər yeməyinə qoz-fındıq qatsalar, uzun müddət tox qala bilərlər", - deyə qeyd edib. Çərəzlərin faydalı qidalar olmasına baxmayaraq, bəzi zərərlərinin də olduğunu vurğulayan Taşkıran: "Həddindən artıq istehlak edildikdə, yüksək xolesterola səbəb ola bilər. Bəzi insanlarda həzm sisteminə də mənfi təsir göstərə bilər. Əgər qoz-fındıq yüksək duz ehtiva edərsə və həddindən artıq istehlak edilərsə, qan təzyiqi xəstələrinin təzyiqini artıra bilər. Böyrək xəstəliyi olan insanlar çərəzləri çox ehtiyatla istehlak etməlidirlər. Çünki qoz-fındıq maqnezium və kaliumla zəngin qidalardır. Kalium normal insanlarda faydalı ola bilər, lakin böyrək problemi olan insanlarda bədənə yük olacağı üçün nəzarətli şəkildə istehlak edilməlidir. Qoz və püstə kimi qoz-fındıq çox faydalı olsa da, həddindən artıq istehlak edildikdə bədənə mənfi təsir göstərə bilər. Yüksək xolesterola səbəb ola bilər. Əslində hər şey ölçülü şəkildə istehlak edilməlidir. Məsələn, çərəzlər allergen xüsusiyyətlərinə görə mənfi təsir göstərə bilər. Qoz-fındıq balanslaşdırılmış şəkildə istehlak edildikdə faydalı olsa da, həddindən artıq istehlak edildikdə və uyğun şərtlərdə saxlanmadıqda olduqca zərərli ola bilər", - deyə bildirib. Qadir, Bizimyol.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta