AZ

“Qarabağ” derbini 4 qolla qazandı, "Səbail" 2-ci pilləyə yüksəldi

Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Qəbələ" "Səbail"i qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb 2:3. Bununla da "Səbail" turnir cədvəlində "Neftçi"ni geridə qoyaraq 2-ci pilləyə yüksəlib. 

"Qəbələ" ilə "Kəpəz" arasındakı xal fərqi isə 11 olaraq qalıb.

Turun mərkəzi və sonuncu matçında isə lider "Qarabağ" "Neftçi"nin qonağı olub. Əzəli rəqiblərin görüşündə Ağdam təmsilçisi qələbə qazanıb - 4:1.

3 mart (bazar)

19:00. “Neftçi” – “Qarabağ” - 1:4 

Qol: Nəriman Axundzadə, 47 (0:1), Toral Bayramov, 60-pen. (0:2), Filip Ozobiç, 71-pen. (1:2), Toral Bayramov, 90+3 (1:3), Leandro Andrade, 90+7 (1:4)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Neftçi Arena”

16:00. “Qəbələ” – “Səbail” - 2:3

Qollar: Urfan Abbasov, 13 (1:0), Osama Xalayla, 26 (2:0), Yusif Nəbiyev, 58 (2:1), Rüfət Abdullazadə, 65 (2:2), Nir Bardea, 90+1 (2:3)

Qırmızı vərəqə: Lukas Afriko, 41 ("Qəbələ")
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu

2 mart (şənbə)

“Sabah” – “Araz-Naxçıvan” - 2:0 

“Zirə” – “Turan Tovuz” - 1:1

1 mart (cümə)

“Sumqayıt” – “Kəpəz” - 1:3

N    Klublar    O    Q    H    M    T-F    X
1    Qarabağ    25    19    3    3    65-21    60
2    Səbail    25    10    7    8    39-37    37
3    Neftçi    25    10    6    9    28-26    36
4    Sumqayıt    25    9    9    7    24-30    36
5    Zirə    25    9    9    7    18-14    36
6    Sabah    25    9    7    9    35-30    34
7    Turan Tovuz    25    8    8    9    38-35    32
8    Araz-Naxçıvan    25    8    7    10    26-33    31
9    Kəpəz    25    7    5    13    25-42    26
10    Qəbələ    25    4    3    18    18-48    15
Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 15 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 9 qol
Pedro Nuno ("Səbail") - 7 qol
Toral Bayramov ("Qarabağ") - 7 qol
Leandro Andrade ("Qarabağ") - 7 qol























Bizi Facebookda izləyin

Seçilən
423
49
525.az

10Mənbələr