Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalının jurnalistinin "Rusiya prezidenti Vladimir Putinə güvənirsinizmi?" sualına birbaşa cavab verməyib. Manset.az Modern.az-a istinadən xəbər verir ki, o, sualdan yayınıb və Putinlə "dövlətlərarası münasibətlərdə olduğunu” bəyan edib.“Ermənistan və Rusiya arasında münasibətlərin uzun tarixi var. Bu münasibətlərin tarixi müəyyən institusional ənənələrə malikdir. Biz o ənənələrin daxilindəyik”, - deyə Paşinyan bildirib.O, Putinlə sonuncu dəfə dekabr ayında əlaqə saxladığını açıqlayıb.