AZ

İKTA tərəfindən uçota alınan internet provayderlərin sayı artıb

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrətənzimləyici qurumu olan İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyi (İKTA) internet provayder və operatorlarının uçotununaparılması istiqamətində fəaliyyətini davam etdirir.

Agentlikdən Trend-ə bildirilib ki, bu tədbirlər çərçivəsindəinternetin təkrar satışı xidmətini göstərən “Robonet”, “Setnet” və“Smart Office” MMC-lərin müraciəti əsasında onların uçota alınmasıhəyata keçirilib. Həmçinin Naxçıvanda ADSL, GPON, ETTH, hostinq vədigər internet xidmətləri göstərən Naxçıvan Muxtar Respublikasınınİnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin (Naxinternet)uçota alınmaqla bağlı müraciətinə müsbət cavab verilib. Bununla dauçota alınan operator və internet provayderlərinin sayı 157-yəçatıb.

“İKTA bir daha bəyan edir ki, uçota alınmayan operator vəprovayderlər, o cümlədən host provayderlər “Elektron hökumət”portalında bu link vasitəsilə autentifikasiyadan keçərək uçotadurmaq üçün ərizə göndərməlidirlər. Uçota durmamaq İnzibati XətalarMəcəlləsinin 370-1-ci maddəsinə əsasən, uçot qaydalarınınpozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər. Uçota alınmabu sahənin hesabatlılıq səviyyəsini, eləcə də tənzimləməimkanlarını genişləndirir, genişzolaqlı internetə çıxışsəviyyəsinin maksimum həddə çatdırılması üçün inkişafkonsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadəolunur. Həmçinin istehlakçılar və tənzimlənən subyektlər arasındamünasibətlərin inkişaf etdirilməsi, xidmət bazarlarının təhliledilməsi, onların formalaşdırılması və şəffaflığın təmin edilməsiistiqamətində mühüm rol oynayır.

Qeyd edək ki, İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları vərabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə vənəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Seçilən
259
9
az.trend.az

10Mənbələr