AZ

“525-ci qəzet”in 24 fevral sayında nələr var? - ANONS

- Pərvanə Sultanovanın yazısı - “COP29 Təşkilat Komitəsi - gender balansı tam təmin olunub”;

- “Qərb tarixinin qara səhifəsi”ndə “WikiLeaks”in yaradıcısı Culian Assanjdan söhbət açılır;

- Aytac Sahədin həmsöhbəti PR menecer Aida Ramizdir - “Dədə Qorqud bir PR nümunəsidir”;

- “İpoteka krediti götürənlərin sayı niyə azalır?” - Aşağı məvaciblər, bahalı mənzillər, yüksək faiz dərəcələri, əlverişsiz kredit şərtləri...;

- Xaqani Cəfərlinin siyasi şərhi - “Çin Rusiyadan üz döndərir”;

- “Dəfn qarğaşası” - Məchulə gedən bir gəmi qalxar bu limandan...;

- Rafael Hüseynov Abdulla Şaiqi yad edir - “Şaiq xəritəsi”;

- “Savaş ruhumuzun səs təcəllisi” - Etimad Başkeçidin Şəmistan Əlizamanlının 65 yaşı üçün ürəyindən keçənlər;

- Nadir Yalçının rubrikası - “Ədəbi köşk: Nə var, nə yox?”;

- “Azərbaycanın və muğam dünyasının Arifi” - Firuzə Nadirdən ustad xanəndə Arif Babayevin 86 yaşına;

- Havar Şəfiyevanın suallarını yoqa üzrə mütəxəssis Jalə Oruclu cavablandırır - “20 günə yoqa müəllimi olub şarlatanlıq edənlər var”; 

- “Bir çarmıxda iki İsa - Mənsur Həllac və Qərb” - Rəvan Caviddən esse;

- Kinorejissor Kamal Yaşarın müsahibəsi - “Bizdə kino sahəsi ağsaqqalsız qalıb”;

- “Bir filmin bir siniflik tarixi” - Türkan Turan təəssüratlarını qələmə alır;

- Telman Orucovun silsiləsinin növbəti hissəsi - “Antoni ilə Kleopatranın gur mәһәbbәtinin faciәli sonluğu”;

- “Şərqin qapısı”nın seyrində iki böyük sənətkar” - Bəhruz Kəngərli və İslam Səfərli yaradıcılığında “Naxçıvan yadigarı”nın müstəsna yeri var;

- Xalq artisti Afaq Bəşirqızı ilə müsahibə - “Cəmiyyətdəki reallığı kimdən gizlətməyə çalışırlar?”;

- ən maraqlı mədəniyyət, siyasət, təhsil və iqtisadiyyat xəbərləri;

- və s.

QƏZETİMİZİ KÖŞKLƏRDƏN, POÇT ŞÖBƏLƏRİNDƏN, ELƏCƏ DƏ ABUNƏ VASİTƏSİLƏ ƏLDƏ EDƏ BİLƏRSİNİZ!























Bizi Facebookda izləyin

Seçilən
291
525.az

1Mənbələr