AZ

Subay qızlar evli kişilərə niyə MEYL EDİR? - PSİXOLOQ FİKRİ

“Ümumiyyətlə belə hadisələ “münasibət” adını vermək olmaz. Bu əslində hər iki tərəfin bir boşluğundan, nəyinsə axtarışından xəbər verir. Birmənalı olaraq qarşılayırıq ki, burada nəyinsə axtarışı var. Bəzən onlar qarşı tərəflərin nə istədiyini bilmirlər. Sadəcə olaraq beyin bəzən nəyinsə axtarışına fokuslanır. Evli, ailəsinə məxsus olana sənin istəyinin olması əlbəttə ki, qəbulolunmaz bir şeydir”. Bunu SİA-ya açıqlamasında psixoloq Nuranə Cəfərova deyib.

Onun sözlərinə görə, sənin onsuzda ondan istəyəcəklərin bir məntiqli sonlanmayacaq: “Araşdırmalar göstərir ki, həqiqətən bu günləri 10 qadından 5-nin ürəyindən evli kişiylə olmaq hissi keçir amma bunu bir çox səbəblərə bağlaya bilərik. Bəzən ailəsində məhəbbət görməyən, diqqət, hörmət görməyən və s. kimi olan gənclər, orta yaşlılar həqiqətən özündən yaşca böyük və ya kiçik insanlara meylli ola bilirlər. Burada evli kişilərdən də söhbət gedir ki, bəzi insanların diqqətini ailə olanlarda çəkə bilir çünki daha çox o sevgini, sədaqəti axtardığı üçün orada tapacağını düşünür. Xanımlar evli kişilərin daha təhlükəsiz, təcrübəli olduğunu düşünürlər. Fikirləşirlər ki, mənim axtardığımı, istədiyimi mənə verə biləcək. Təbii ki, bu düşüncənin psixoloji narahatçılıqla əlaqəsi var. Əslində qadının axtardığı o deyil və öz boşluğunu doldurmaq üçün birini axtarır. Çünki evli kişiyə olan meylliliyin kökü burdan gəlir”.

Psixoloq qeyd edib ki, bəzən insanın gözlənilmədiyi halda verdiyi qərarlar o insanı fərqli davranışlara sövq edə bilər: "Belə münasibətlə istəkli olan qadınlar daha sonra doğurdanda sonradan fikirindən daşınırlar. Bir anlıq psixoloji vəziyyətlər ola bilər ki, insanı o, davranışlara sövq edə bilər. Sevgisizlik, sevgi axtarışları, məcara, adrenalin axtarışları bizdə olan psixoloji boşluqdan yaranır. Psixoloq kimi heç bir zaman bu mövzu ilə razı deyiləm. Qadın evli kişi ilə dost ola bilər amma sevə bilərmi deyə soruşsaq, sevə bilməz çünki orada sağlam münasibətdən söz gedə bilməz”.

Müəllif: Sevilin Abbasova
Seçilən
482
50
sia.az

10Mənbələr