AZ

Bu rayonda qaz kəsiləcək

“Zaqatala” QPS-də isitmə sobasının qaz xəttinin diametri 159 mm-lik qaz xətti ilə əvəzlənməsi, qaz xətti üzərində yeni siyirtmələrin quraşdırılması ilə bağlı 11.10.2023-cü il tarixdə saat 09:00-dan etibarən işlər başa çatanadək “Zaqatala” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

AzerForum.Com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Zaqatala şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Seçilən
405
4
bakupost.az

10Mənbələr