AZ

Hamilə vəkili öldürən polis edam olunacaq

Nigeriya məhkəməsi keçən il Milad günü hamilə vəkili güllələyib öldürən polis məmurunu ölüm cəzasına məhkum edib.

Publika.az xəbər verir ki, Laqos Ştat Ali Məhkəməsinin hakimi İbironke Harrison polis məmuru Drambi Vandini 25 dekabr 2022-ci ildə hamilə vəkil Bolanle Raheemi güllələyib öldürməkdə təqsirli bilərək ölüm cəzasına məhkum edib.

Məhkəmə bu ilin yanvar ayında əkizlərə hamilə olan Raheemi yaxın məsafədən güllələməkdə təqsirləndirilən polis məmuru Vandini qətlə yetirməkdə təqsirli bilmişdi. Vandi atəş açdığını inkar etmiş, lakin dinləmə zamanı ifadə verən həmkarlarından biri güllə səsi eşitdiyini bildirmişdi.

Digər tərəfdən, Vandinin qərardan şikayət etmək hüququ var.

Seçilən
319
13
publika.az

10Mənbələr