AZ

NATO-nun baş katibi Donald Trampa səsləndi

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ prezidentliyinə namizəd Donald Trampın bəyanatları ilə Alyansın təhlükəsizliyinə xələl gətirdiyinə eyham vurub və əmin edib ki, bütün NATO ölkələri ümumi müdafiə prinsipinə sadiqdirlər.

Editor.az bildirir ki, bununla bağlı o, Alyans müdafiə nazirlərinin görüşündən əvvəl verdiyi bəyanatda bəhs edib: “NATO-nun ideyası və diqqəti müharibənin qarşısını almaqdır… Bir-birimizi qorumayacağımız barədə hər hansı təklif bizim təhlükəsizliyimizi pozur”. Donald Trampın Rusiyanın hücumu zamanı digər müttəfiqlərini müdafiə etmək niyyətini şübhə altına alan son qalmaqallı açıqlamalarını şərh edən Stoltenberq xatırladıb ki, “NATO 75 ildir Alyansa hücumların qarşısını ala bilib” və NATO üzvlərinin hamısı indiki birgə müdafiə prinsipinin toxunulmazlığını vurğulayırlar.

Stoltenberqin sözlərinə görə, Alyansın əsas gücü çəkindirmə prinsipidir ki, bu da hər hansı üzvə hücum zamanı düşmənlərin NATO-nun birgə reaksiyasına inamına əsaslanır. Bu prinsipdən imtina Alyansın gücünü məhv edir. “Mənim Tramp üçün siqnalım ondan ibarətdir ki, bizim çəkindirmə sistemimizi sarsıtmağa ehtiyac yoxdur. Müttəfiqlərimizi müdafiə etməyə hazır olduğumuza heç bir şübhəmiz olmasın”, – Stoltenberq yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
235
50
editor.az

9Mənbələr