Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün ilk qarşılaşması Zirədə baş tutub.
“Zirə” səfərdə 2:1 hesabıyla məğlub etdiyi “Səbail”lə bu dəfə doğma meydanda üz-üzə gəlib. Rəşad Sadıqovun komandasına mərhələ adlamaq üçün heç-heçə də kifayət edirdi. “Dənizçilər” isə mərhələ adlamaq üçün mütləq inamlı qələbəyə sevinməli idilər. Amma rəqibini 3 cavabsız qolla məğlub edən “Zirə” ilk yarımfinalçıya çevrilib.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinə sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Qəbələ” “Araz-Naxçıvan”ı, “Neftçi” isə “Sumqayıt”ı qəbul edəcək.
Bu gün baş tutacaq digər oyunda isə “Qarabağ” səfərdə 7:1 hesabıyla qalib gəldiyi “Sabah”ı qəbul edəcək.
Azərbaycan Kuboku
1/4 finalın cavab oyunu
8 fevral
“Zirə” – “Səbail” 3:0
Qollar: Abbas İbrahim, 4. Rəhim Sadıxov, 42. Rafael Utziq, 74.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 2:1
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Akka, 4. Ruan Renato (k), 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq.
Baş məşqçi: Rəşad Sadıqov.
Səbail: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 21. Anas Najah, 7. Madi Keta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silven Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.