Bakı. Trend:
“2024-2026-cı illərdə maliyyə sektorunun inkişafStrategiyası”nın ödəniş xidməti təchizatçıları üçün əlverişli bazarmühitinin təmin edilməsi strateji təşəbbüsü çərçivəsində nəzərdətutulan fəaliyyətlərdən biri də tənzimləyici tələblərə uyğunluğuntəmin edilməsi istiqamətində ödəniş xidməti təchizatçılarına təlimvə seminarların təşkilinin həyata keçirilməsidir.
Bu xüsusda Mərkəzi Bank tərəfindən Azərbaycan FintexAssosiasiyası (“AzFina”) üzvlərinə 2024-cü il yanvarın 10-datəsdiqlənmiş “Ödəniş təşkilatları və elektron pul təşkilatlarıtərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi” Qaydasınıntəqdimatı keçirilib.
Mərkəzi Bankdan Trend-ə bildirilib ki, təqdimat zamanı ödəniştəşkilatları və elektron pul təşkilatlarının minimum nizamnamə vəməcmu kapital tələbləri, ödəniş xidmətlərinin göstərilməsi üzrəfəaliyyət proqramı və biznes planı, daxili nəzarət və risklərinidarə edilməsi sistemləri, ödəniş xidmətlərinin göstərilməsi üzrətəhlükəsizlik tədbirləri barədə məlumat verilib.
Eyni zamanda, fövqəladə hallarda fəaliyyətin davamlılığı vəbərpa planı, kreditin verilməsi proseduru, valyuta mübadiləsiəməliyyatları, əməliyyat və təhlükəsizlik insidentləri üzrəməlumatlandırma və hesabatlıq tələbləri ilə əlaqədar məlumatlar“AzFina” nümayəndələrinin diqqətinə çatdırılıb.
Görüşdə “AzFina” nümayəndələrinin qayda tələbləri ilə əlaqədarsualları cavablandırılıb və praktiki nümunələr əsasında izahlarverilib.
Qeyd edək ki, yeni qanunvericilik tələbləri üzrəmaarifləndirmənin təşkili çərçivəsində Mərkəzi Bank tərəfindənödəniş xidməti təchizatçılarına təlim və seminarların keçirilməsitədbirləri davam etdiriləcək.