AZ

Bu xəstəlik uşaqlara atadan keçir?

Asperger sindromlu uşaqlar çox vaxt genomlarının əksəriyyətini analarından deyil, atalarından miras alsalar da, autizmlə əlaqəli genlərin valideynin hansından keçməsinə dair dəqiq nümunə yoxdur.

Publika.az xəbər verir ki, bunu Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin MEG mərkəzinin əməkdaşı Yelena Orexova deyib.

Neyroloq Orexova autizm genlərinin daha çox atadan ötürüldüyü barədə fikirləri inkar edib.

"Autizmin əksər formaları həm anadan, həm də atadan əldə edilən ümumi bir təsirdir. Bununla belə, müəyyən formalar var ki, burada valideynlərdən birinin genləri böyük rol oynayır. Belə formalardan biri tez-tez autizmlə müşayiət olunan kövrək X sindromu və ya Martin-Belldir. Oğlanlarda daha çox rast gəlinir və adətən onlara anadan ötürülür. Çünki oğul X xromosomunu anadan, Y xromosomunu atadan alır”, - “Gazeta.Ru” onun sözlərini sitat gətirib.

Mütəxəssisin sözlərinə görə, autizmlə əlaqəli çoxlu genlər var. Genlərin funksiyaları müxtəlif olsa da, onların pozğunluqları beynin sosial davranış və ünsiyyət üçün vacib olan müəyyən sahələrinin fəaliyyətinə təsir göstərir.

Seçilən
301
2
publika.az

10Mənbələr