Korsikanın yeni müstəqillik hərəkatı Nazione-nin yüzə yaxın üzvü və tərəfdarı yanvarın 30-da Korsikanın Bastia kommunasında polis idarəsi qarşısında etiraz aksiyası keçirərək, onun iki fəalının polis tərəfindən həbs edilməsinə qarşı çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Corse Matin" nəşri yazıb.
Etirazlara Bastia bələdiyyəsinin üzvləri, o cümlədən bələdiyyə sədri Pyer Savelli, onun müavini Pol Tyeri və gender bərabərliyinə cavabdeh olan bələdiyyə müşaviri Lauda Guidiçelli də qatılıb.