AZ

COP29 Təşkilat Komitəsində 12 qadın təmsil olunur - Leyla Abdullayeva

Bakı. Trend:

Beynəlxalq Nəqliyyat Forumunun (İTF) gender və nəqliyyat üzrə8-ci İllik Məsləhətləşmə iclası keçirilib. Builki iclasda YaşılNəqliyyat Sammiti kontekstində gender, nəqliyyat və iqlimdəyişikliyi arasındakı qarşılıqlı əlaqələr diqqət mərkəzindəolub.

Trend xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri LeylaAbdullayeva Beynəlxalq Nəqliyyat Forumunun illik məsləhətləşmələriclasının açılışında çıxış edib.

İTF-nin nəqliyyat dialoqunu asanlaşdırmaq və regional nəqliyyatvə kommunikasiya əlaqələrini gücləndirmək üçün səmərəli qlobalplatforma olduğunu deyən səfir Leyla Abdullayeva ölkəmizin regiondadayanıqlı və davamlı nəliyyat üçün multimodal nəqliyyatmarşurutlarının inkişafı istiqamətində konkret addımlar atdığınıbildirib.

2025-2026-cı illərdə təşkilata Azərbaycanın sədrlik edəcəyinibildirən Leyla Abdullayeva ölkəmizin sədrlik müddətində İTF-ninməqsəd və mühüm rolunu təşviq etmək üçün səylərini əsirgəməyəcəyinidiqqətə çatdırıb. Bu ilin sonunda Bakının ev sahibliyi edəcəyiCOP29-un, həmçinin, nəqliyyat sahəsinin dekarbonizasiyası ilə bağlıməsələlərin müzakirəsi üçün imkan yaradacağına ümid ifadəedilib.

Səfir L.Abdullayeva əlavə edib ki, BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasına Tərəflər Konfransında Azərbaycan2050-ci ilədək istixana qazlarının emissiya səviyyəsinin 40 faizazaldılması istiqamətində öhdəlik götürüb, eləcə də işğaldan azadedilmiş ərazilərin “xalis sıfır emissiya” zonası elan edilməsi,Böyük Britaniyanın təşəbbüsü ilə həyata keçirilən ZEV (ZeroEmission Vehicles) bəyanatına qoşulduğumuz iştirakçıların diqqətinəçatdırılıb.

Bakının ev sahibliyi edəcəyi COP29-la bağlı səfir L. Abdullayevaqeyd edib ki, ümumi yanaşma əvvəlki COP konfranslarının uğurlarınavə dövlətlərin götürdüyü öhdəliklərə əsaslanmaqdır. Vurğulanıb ki,məqsədimiz bu öhdəlikləri irəli aparmaqdır.

“COP29-un hazırlanmasında ilk addımlar atılıb, Təşkilat Komitəsiyaradılıb və komitədə 12 qadın təmsil olunur. COP29-un mandatlıvəzifələrində mükəmməl gender balansı təmin edilib, 6 vəzifədən3-də qadın təmsil olunur”, - deyə səfir L. Abdullayeva qeydedib.

Səfir, həmçinin gender və nəqliyyat, eləcə də nəqliyyatsektorunda gender bərabərliyinin vəziyyəti ilə bağlı məlumat verib.O, nəqliyyat sahəsinin ənənəvi olaraq kişilərin üstünlük təşkiletdiyi sektor olduğunu bildirərək, gender bərabərliyinin təşviqi,nəqliyyat sektorunda qadınların səlahiyyətlərinin, eləcə də busahədə qərarların qəbulu prosesində qadınların rolunun artırılmasıilə bağlı maarifləndirmənin vacibliyini qeyd edib.

Səfir iştirakçıların diqqətinə Azərbaycanın nəqliyyat sektorundaqadınların məşğulluğu ilə bağlı statistik məlumatları təqdim edib.Ümumilikdə, ölkəmizdə nəqliyyat sahəsində xüsusilə nəqliyyatınplanlaşdırılması və gündəlik işin təmin edilməsində qadınlarınsəsinin eşidildiyi, gender bərabərliyinin təmin edilməsi üçün mühümaddımların atıldığı, əlbəttə ki, daha yaxşı nəticələrin əldəedilməsi üçün müvafiq işlərin görüləcəyi vurğulanıb.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED)gender və nəqliyyat üzrə 9-cu İllik Məsləhətləşmə iclası keçirilir.Builki iclasda Yaşıl Nəqliyyat Sammiti kontekstində gender,nəqliyyat və iqlim dəyişikliyi arasındakı qarşılıqlı əlaqələrdiqqət mərkəzində olub. Azərbaycanın Fransadakı səfiri LeylaAbdullayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının illikməsləhətləşmələr iclasında ölkəmizi təmsil edir. İclasdaAzərbaycanın regionda dayanıqlı və davamlı nəqliyyat üçünmultimodal nəqliyyat marşrutlarının inkişafı istiqamətində atdığıkonkret addımlardan danışılacaq.

Seçilən
242
2
az.trend.az

2Mənbələr