AZ

Sumqayıt-Bakı elektrik qatarının gecikmə səbəbi AÇIQLANDI

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan elektrik qatarı gecikib.

BiG.AZ xəbər verir ki, sosial şəbəkələrdə qatarın 20 dəqiqə gecikdiyi, Biləcəri yaxınlığında yolda dayanıb.

Qatarın hansı səbəbdən dayandığı sərnişinlərə bildirilməyib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova məlumat verib.

O bildirib ki, qatar cəmi 4 dəqiqə dayanmaqla hərəkətini davam etdirib:

"Qatarın dayanmasına səbəb rabitə və işarəvermə qurğularında yaranan bir neçə dəqiqəlik nasazlıq olub. Belə ki, işıqfor 3-4 dəqiqə qırmızı işığı göstərdiyindən qatar dayanmalı olub. Cəmi 4 dəqiqə sonra isə hərəkətini davam etdirib".


BiG.Az
Seçilən
261
13
big.az

10Mənbələr