AZ

Bakıdan Pakistanın daha bir şəhərinə uçuşlar həyata keçiriləcək

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) aprel ayından etibarən Pakistanın ən böyük şəhəri Kəraçiyə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

AZAL-dan verilən məlumata görə, Bakıdan Kəraçi şəhərinə ilk reys aprelin 18-nə planlaşdırılıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, hazırda aviaşirkət Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora uçuşlar həyata keçirir.

Seçilən
279
19
vergiler.az

10Mənbələr