AZ

"Səhifəni kimlər oğurlayıb bəlli olacaq"

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın oğurlanan instaqram səhifəsi bərpa olunub.

Axşam.az-ın məlumatına görə, bu barədə A.Kazımova qonaq olduğu "İncə səhər" verilişində ilk dəfə danışıb. Pip diva olanları belə ifadə edib:

"Nələr yaşandı hamısı göz qabağında idi. Mənə dostum Ranardan (Aparıcı Ranar Musayev - red.) mesaj gəldi. Onun hesabının oğurlandığından xəbərsiz idim. Amma insanda intuisiya deyilən möhtəşəm hiss var. Səhifəyə baxdım, dedim ki, bu, Ranarın səhifəsidir? Qoy, bir yoxlayım. Baxdım mesajlara, öz səsimi dinlədim, sonra Ranarınkını, dedim, yox da, bu, odur. Endim aşağı, basdım linkə. Birdən gördüm ki, nəsə baş verdi. Həmin an anladım. Söylədim ki, axı mən niyə ona basdım? Tez yığdım prodüserimə. Dedim, şəkillər belə oldu. Söylədi ki, Aygün xanım... Olanlar oldu. Həmin anda səhifədən çıxarıldım. Üzr istəyirəm, donuz şəkli, öküzlər, naxır, heyvanlar, belə paylaşımlar gəldi. Daha nələr çıxmadı. Vallah çağırardı, toyunda oxuyardım, bunu etməyə ehtiyac yox idi. Həmin an təsir etmədi, düşündüm ki, bir neçə saata açılar, normal qəbul etdim.

Mənə gələn reaksiyaları da anlamırdım, niyə belə qəmli-kədərlidirlər. 1 gün, 2 gün, 3 gün keçdi. Düşünürdüm ki, bizim layihəmiz, ənənəmiz var. Axı həmişə ad günümdə sevənlərimə bir yeni mahnı təqdim edirəm. Özü də İstanbulda layihəni etmişik, bitib. Və gəlmişik, başımıza belə bir hadisə gəlib. Nə olursa, yaxşılığa doğrudur. Artıq günlər keçdikcə, hiss edirdim ki, narahatam. Elə bil ki, əlaqəm kəsilmişdi. İnsanlarla, sevənlərlə... Qəribə bir vəziyyətə düşmüşdüm. Depressiya elə gəlməyə başlayırdı ki, gəlmədi, qoymadılar".

Müğənni instaqram hesabının açılması üçün ödəniş istənilməsi məsələsinə belə aydınlıq gətirib:

"Gecə komandamız işə qoyuldu. Çox istedadlı 23 yaşlı, bu işdə peşəkar olan Samir adlı bir oğlan bunu etdi. İnanırsınız, nə qədər insanlar kömək etmək isəyirdi? Biri nömrə atır ki, Aygün xanım, Londonda, Amerikada belə tanış var. Təsəllilərə baxıb deyirdim ki, ay Allah, bu sevgini ad günüm qabağı duymağım necə gözəldir. Mənə bu hissləri xatırladan, instaqram hesabımın başına bu oyunu gətirən insanlara minnətdaram. Çox sağolun, siz pislik etmək istədiniz. Məqsəd nə idi, bilmirəm. Onu bilirəm ki, bu yaxınlarda necə olub, kimlər tərəfindən edilib, hansı ünvanda baş verib hamısı bəlli olacaq. Əlbəttə ki, lazimi qurumlarımıza da müraciət etmişik. Hamısını açıqlayacağam. Çünki həqiqətən narahat olanlar çox oldu. Hamıya deyirdim ki, natahat olmayın, hər şey yaxşıdır, mən depressiyada deyiləm".

Qeyd edək ki, səhifəni ələ keçirilənlər onun hesabında paylaşım edərək müğənnini şantaj etmiş və 10 min avro pul istəmişdilər.


BiG.Az
Seçilən
359
50
big.az

10Mənbələr