Bakupost.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib:
“Hər kəs Qarabağı Azərbaycan ərazisi kimi tanıyandan sonra da bizim Qarabağda faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistana aid deyil. Bu, Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir”.