AZ

337 mindən çox əmlaka “kupça” verildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz çoxdur.

2023-cü ilin 8 ayı üzrə göstəricinin 53 min 117-si (15,7 faiz) ilkin, 284 min 670-si (84,3 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Həmçinin bu ilin yanvar-avqust ayları ərzində 273 min 750 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,8 faiz çoxdur. Bu ilin 8 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,4 faiz artaraq 54 min 074 olub.

Son xəbərlər
Digər xəbərlər
Seçilən
276
23
banker.az

10Mənbələr