Danimarkanın yeni kralı X Frederik taxta çıxdıqdan üç gün sonra kitab nəşr etdirib.
Hafta.az-ın yazdığına görə, Danimarkanın bir çox media qurumu xəbərin gündəmə gəlməsindən sonra kitabdan hissələr paylaşmağa başlayıb.
“Kralın Sözü” adlı kitabda X Frederikin həyat yoldaşı ilə münasibətindən tutmuş Danimarkanın dünyadakı yerinə qədər bəzi fikirləri yer alır.
110 səhifəlik kitabın satış qiyməti 250 Danimarka kronu (təxminən 62 manat) təşkil edir.
2017-ci ildə X Frederikin tərcümeyi-halını araşdıran Jens Andersen tərəfindən yazılmış kitab Danimarka Kralının son ilyarımda verdiyi müsahibələrdən tərtib edilib.
Kitabın bir hissəsində X Frederik uşaqlıq illərində gələcəkdə kral olacağını qəbul etməkdə çətinlik çəkdiyini və sadəcə yaşıdları kimi normal uşaq olmaq istədiyini bildirir.
Kitabda X Frederik deyir: "18 yaşımda dünyanın sonu olduğunu hiss etdiyimi xatırlayıram. Əyləncəli və həyəcanlı hər şeyin sona çatdığını hiss etdim. Xoşbəxtlikdən, belə olmadı".
Ailə həyatından danışan X Frederik, 2018-ci ildə vəfat edən atası Şahzadə Henrikin "çox patriarxal" olduğunu və bu davranış modelini iki oğluna ötürmək istədiyini deyir.
Qeyd edək ki, X Frederik 52 il taxtda olan anası II Marqaret bazar günü tacından imtina etdikdən sonra kral olub.
X Frederik, tacqoyma mərasimi üçün paytaxt Kopenhagendəki Kristiansborg qalasının qarşısına toplaşan on minlərlə insana "birləşdirici kral" olmaq istədiyini söyləyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta