Rusiyanın paytaxtı Moskvada uç yaşlı uşaq səhvən qardaşını hamamda boğaraq öldürüb.
Medianews.az xəbər verir ki, yanvarın 15-də 35 yaşlı ana övladlarını nəzarətsiz qoyaraq mənzilini tərk edib. Qayıdanda kiçik oğlan ölmüşdü. Faktla bağlı paytaxt prokurorluğu cinayət işi açıb.
Qadının sözlərinə görə, o, azyaşlı uşaqlarının qaldığı mənzili qısa müddətə tərk edib: onlardan birinin bir, digərinin iki, üçüncünün üç, ən böyüyünün isə altı yaşı var idi. Qayıdanda o, iki yaşlı oğlunu hamamda həyat əlaməti olmadan görüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, mənzili su basıb, ölmüş iki yaşlı uşaq vannada olub. Ana üç yaşlı oğlunun iki yaşlı uşağını yumaq qərarına gəldiyini və təsadüfən onu boğduğunu güman edib. Həmin üç yaşlı uşaq çətinliklə danışır, onunla psixoloqlar işləyir. Ölümün səbəbi məhkəmə-tibbi ekspertizası tərəfindən müəyyən ediləcək.
Məlumdur ki, ailə disfunksionaldır: ata narkotikə görə cəza çəkir, böyük, 16 yaşlı qızı artıq uşaq dünyaya gətirib və ayrı yaşayır. Ana qeydiyyatdadır. Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.