AZ

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunda sonuncu qrup oyununa çıxıb.

Yığma ev sahibi Polşa seçməsi ilə qarşılaşıb.

Görüş millimizin 20:13 hesablı qələbəsi ilə bitib.

Bu qələbə komandamız qrup ikinciliyini rəsmiləşdirib. Qeyd edək ki, millimiz 1/4 final mərhələsinə vəsiqə uğrunda D qrupunun üçüncüsü ilə pley-in görüşündə qarşılaşacaq.

Seçilən
4
5
xalqqazeti.az

6Mənbələr