AZ

Azərbaycana daha 30 ukraynalı uşağın gətirilməsi planlaşdırılır

“Bundan sonra da daha 30 ukraynalı uşağın Azərbaycana gətirilməsi planlaşdırılır. Bu, həyata keçirdiyimiz silsilə tədbirlərin növbəti mərhələsidir”.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi sədrinin müavini Pərviz Səfərov deyib.

O bildirib ki, Azərbaycana gələn ukraynalı uşaqlar 10 günlük proqram çərçivəsində həm Bakıda, həm də Qəbələdə vaxtlarını səmərəli keçirəcəklər: “Uşaqlar ilk iki günü Bakıda olacaqlar. Bu müddət ərzində onlar müxtəlif art-terapiya və yoqa məşğələlərinə qatılacaq, mütəxəssislərin nəzarəti altında təlimlərə cəlb ediləcəklər. Bununla yanaşı, onların sosial-psixoloji dəstəklə təmin olunması və asudə vaxtlarının səmərəli təşkili həyata keçiriləcək”.

Pərviz Səfərov qeyd edib ki, proqramın növbəti mərhələsində uşaqlar Qəbələdə yerləşən Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri alacaqlar.

O əlavə edib ki, bu istiqamətdə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunmaq məqsədilə Azərbaycana gətirilib.

Seçilən
0
1
qaziler.az

2Mənbələr