İspaniyada may ayında baş verən həddindən artıq isti havalar 101 nəfərin həyatına son qoyub.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, 2015-ci ildə qeydlər aparılmağa başlanandan bəri rekord rəqəmdir: “Bu rəqəm son on ildə may ayında baş verən isti hava ilə bağlı ölümlərin orta sayından 3,6 dəfə çoxdur”.