AZ

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

XQ-nin məlumatına görə, hadisə şəhərin 16-cı məhəlləsində yerləşən binanın 16-cı mərtəbəsində baş verib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alov qısa zamanda söndürülüb və yanğının digər mənzillərə yayılmasının qarşısı alınıb.

Təhlükəsizlik məqsədilə binada yaşayan sakinlər təxliyə edilərək təhlükəsiz əraziyə yerləşdirilib.

Hazırda hadisənin səbəbləri araşdırılır və müvafiq ekspertiza aparılır.

Seçilən
18
xalqqazeti.az

1Mənbələr