AZ

Minlərlə sakini sevindirəcək xəbər - İki rayonda...

Xaçmaz və Beyləqan rayonlarının bir neçə yaşayış məntəqəsində elektrik təsərrüfatının yenidən qurulması nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, bununla bağlı "Azərişıq" ASC tərəfindən satınalma proseduru elan edilib.

Layihə çərçivəsində Xaçmaz rayonunun Nərəcan və Çaykənarı, Beyləqan rayonunun isə Bünyadlı və Gödəklər kəndlərində elektrik şəbəkəsinin yenilənməsi həyata keçiriləcək.

Layihənin təxmini dəyəri 6 milyon 218 min manatdan çoxdur.

Qeyd edək ki, yaşayış məntəqələrində köhnəlmiş transformator məntəqələri, eləcə də 10 və 0,4 kilovoltluq elektrik xətləri müasir avadanlıqlarla əvəzlənəcək. Bu isə elektrik enerjisinin daha etibarlı və fasiləsiz ötürülməsinə imkan verəcək.

Seçilən
18
far.az

1Mənbələr