Rusiya müharibənin 1561-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 155 457 PUA-sı, 661 zenit-raket kompleksi, 29 593 tank və digər zirehli texnikası, 1 729 reaktiv yaylım atəş sistemi, 35 200 artilleriya və minaatanı, 63 249 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.