AZ

Azərbaycanda inflyasiya region ölkələri ilə müqayisədə azdır

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda istehlak qiymətlərinin artım tempi region ölkələri və bir sıra iri iqtisadiyyatlarla müqayisədə fərqli dinamika göstərib.

Modern.az-ın Dövlət Statistika Komitəsinin beynəlxalq müqayisələr üzrə məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanda istehlak qiymətləri indeksi 2025-ci ildə əvvəlki illə müqayisədə 105,6 təşkil edib.

Müqayisə göstərir ki, eyni dövrdə bu göstərici Türkiyədə 134,9, Rusiyada 108,7, Gürcüstanda 103,9, Qazaxıstanda 111,4, Özbəkistanda 108,8, Ukraynada isə 112,7 olub.

Avropa ölkələrində isə qiymət artımı daha aşağı səviyyədə qeydə alınıb. Belə ki, Almaniyada indeks 102,2, Fransada 100,9, İtaliyada 101,5, İspaniyada 102,7, İsveçdə 100,7 təşkil edib.

ABŞ-də istehlak qiymətləri indeksi 102,6, Kanadada 102,1, Çində isə 100,1 olub.

Rəqəmlər göstərir ki, Azərbaycan 2025-ci ildə yüksək inflyasiyalı ölkələr qrupunda yer almayıb.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
modern.az

1Mənbələr