AZ

AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”

“Football-plus.az” bu gün səhər saatlarında “Turan Tovuz”un Konfrans Liqasında iştirakdan məhrum edilməsi ilə bağlı rəsmi açıqlamasını yaymışdı. AFFA-nın saytında da bununla bağlı məlumat yer alıb: “Turan Tovuz” klubunun UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var. CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanmış “Turan Tovuz” klubunun avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq. Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək”.

Seçilən
5
16
football-plus.az

10Mənbələr