AZ

Planetin hava rejimini dəyişən hadisə Bütün dünya ondan danışır

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Okeanın suyu planetin iqliminə necə təsir göstərər, dünyanı necə dəyişə bilər? İlk başda şişirdilmiş kimi görünür, amma həqiqətən də bu mümkündür. Okeanların ən sakiti olan Sakit Okean heç də adına uyğun deyilmiş. Ya da elə məşhur deyimdəki kimi – “Suyun lal axanı...” imiş...Bizim.Media xəbər verir ki, Sakit Okeanda atmosfer hadisəsi olan El Nino adlı fenomen var, bu zaman ekvatorial hissədə, əsasən şərq və mərkəzi Sakit Okean sularının temperaturu normadan xeyli yüksəlir.Bu istiləşmə dünyanın müxtəlif bölgələrində hava şəraitinə təsir göstərir. Nəticədə bəzi ölkələrdə güclü yağışlar və daşqınlar artır.Bəzi bölgələrdə isə quraqlıq və isti hava güclənir. Qlobal orta temperaturun yüksəlməsinə də təsir edə bilər. Məsələn, El Nino illərində Cənubi Amerikanın bəzi hissələrində yağışlar artır.Avstraliya və Cənub-Şərqi Asiyanın bəzi bölgələrində quraqlıq müşahidə olunur. Dünyanın müxtəlif yerlərində ekstremal hava hadisələrinin sayı arta bilər.El Nino-nun əksi isə La Nina adlanır.Bu zaman Sakit okeanın həmin hissəsində sular normadan daha soyuq olur və hava təsirləri əks istiqamətində inkişaf edir, buzlaşma, hədsiz soyuqlar müşahidə olunur.İndi hazırda dünya yenidən narahatdır: Ümumdünya Meteorologiya Təşkilatı qlobal istiləşmənin təsirləri səbəbindən El Nino hava fenomeninin bu dəfə çox ciddi ola biləcəyini açıqladı.Hadisənin bu ilin iyun-avqust ayları arasında baş vermə ehtimalının 80% olduğu bildirilir. Hətta noyabr ayına qədər davam etmə ehtimalı var.Buna görə də ekstremal hava hadisələri gözlənilir. Mütəxəssislərin fikrincə, El Nino-nun təsirləri bölgədən bölgəyə dəyişəcək. Cənubi Amerikanın bəzi yerlərində həddindən artıq yağış və daşqın riski artsa da, Avstraliya, Mərkəzi Amerika və Cənubi Afrikanın bəzi yerlərində daha şiddətli quraqlıq müşahidə edilə bilər. Avropada istilik dalğalarının güclənəcəyi gözlənilir.Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
2
bizim.media

10Mənbələr